Cari kəsirin son rübdə turizm gəlirlərinin dəstəyinin azalması ilə daha da genişlənə biləcəyinə diqqət çəkən HSBC, 2022-ci ilin sonu üçün USD/TL proqnozunu 17.5-dən 19.5-ə,2023-cü ilin ikinci rübü üçün 18.2-dən 21-ə yüksəldib.
Banker.az bu barədə Bloomberg-ə istinadən xəbər verir.
Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika valyuta strateqi Murat Toprakın imzaladığı qeyddə son aylarda yüksələn inflyasiyanın real faizləri daha da sıxması, lirələşmə strategiyasının ilk coşğusunun qalmaması və cari kəsir genişlənməsi il birlikdə türk lirəsinin dəyər itirdiyi vurğulanıb.
Qarşıdakı dövrdə pul siyasəti mövqeyində dəyişiklik olacağına dair heç bir əlamətin olmadığı bildirilən qeyddə, qorunan əmanətlərin rezidentlər tərəfindən böyük valyuta alışının qarşısının alınmasında rol oynamağa davam etdiyi bildirilib.
“Əlbəttə, dəstəkləyici monetar siyasət və dollarlaşma arasındakı qarşılıqlı əlaqə türk lirəsi üçün risk faktoru olaraq qalmağa davam edəcək, lakin bu, ən azı hələlik bizim üçün əsas narahatlıq deyil. Fikrimizcə, türk lirəsi üçün əsas makro risk tədiyyə balansının dinamikası ilə bağlıdır, burada pisləşmə gözləniləndən çox olur. Rekord səviyyələrə yaxın olan xarici ticarət kəsiri, turizm sektorunun ən güclü olması lazım olan bir dövrdə belə cari kəsiri genişləndirir. Mövsümi turizm gəlirlərinin daha az dəstəkləyici olması və Avropadakı tənəzzül təzyiqlərinə görə ixracın zəifləməyə davam etməsi səbəbindən payızda türk lirəsinin daha ciddi dəyər itirəcəyinə inanırıq” – deyə, qeyddə bildirilir.