Polşa Avropa İttifaqından qisas alacağı ilə hədələyib. Buna səbəb pandemiyadan sonra bərpa üçün ayrılan vəsaitdən öz payını ala bilməməsidir.
Belə ki, COVID-19-dan sonra bərpa üçün ayrılan 35 milyard avrodan çox qrant və kreditlər dondurulub. Buna səbəb Polşada məhkəmə sistemində islahatlarla bağlı mübahisələrdir.
Avropa Komissiyasının fikrincə, bu, demokratik standartları pozur.