10 C
Baku
Thursday, December 12, 2024

Yaponiya hökumətinin yeni tərkibi təsdiqlənib

Yaponiyada yeni hökumət elan edilib, hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyinin tərkibində də dəyişiklik olub. Bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Maliyyə naziri Sunyiti Suzuki və Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi öz vəzifələrini saxlayıblar. Həmçinin, iqtisadi yenidənqurma naziri Daisiro Yamaqivaya da kadr dəyişikliyi təsir etməyib.

Ölkənin müdafiə naziri postu Yasukadzu Hamadaya keçib. O, artıq 2008-2009-cu illərdə bu vəzifədə olub. Hamada iyul ayında öldürülən Sindzo Abenin kiçik qardaşı Nobuo Kisini əvəz edib.

Yasutosi Nisimura iqtisadiyyat, ticarət və sənaye naziri təyin edilib.

Bu gün səhər saatlarında Yaponiya hökuməti istefa verib. Qeyd olunub ki, kadr dəyişikliyi qərarı əhalidə hakimiyyətə qarşı inamsızlığın artması fonunda verilib.

Son xəbərlər
Digər xəbərlər