Çinin Böyük Britaniyadakı səfiri Çjen Çzequan rəsmi Pekinin Tayvanla bağlı son addımları və açıqlamalarına görə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib ki, rəsmi London Çini bütün fikir ayrılıqlarını sülh yolu ilə həll etməyə çağırır.
Onun sözlərinə görə, Böyük Britaniya və onun tərəfdaşları Çinin Tayvan ətrafındakı regionda gərginlik yaratmasını ən sərt şəkildə pisləyib.