ABŞ konqresmenləri Tayvana silah tədarükünü sürətləndirmək üçün tədbirlər hazırlayır.
Bu barədə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Qriqori Miks məlumat verib.
O bildirib ki, bu tədbirlərə Tayvana müdafiə təyinatlı məhsulların tədarükü də daxildirlər.
“Biz hazırda Xarici Əlaqələr Komitəsində zəruri müdafiə məhsullarının daha tez əldə edilməsi üçün prosesi sürətləndirməyə kömək edəcək qanun layihələri üzərində işləyirik”, – konqresmen deyib.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi Tayvana səfər edib. Çin Pelosinin səfərinə etiraz edərək, buna cavab verəcəyini bildirib.