Azərbaycanda su sayğaclarının istehsalı azalıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, 2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 82 562 ədəd mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihaz istehsal olunub. Bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 34.2% azdır.