14 C
Baku
Sunday, November 24, 2024

Polşanın Baş naziri Odra çayının çirklənməsinə görə iki məmuru işdən çıxarıb

Polşa hökumətinin başçısı Mateuş Moravetski Odra çayının çirklənməsi ilə əlaqədar Ətraf Mühitin Mühafizəsi üzrə Baş Müfəttişliyinin rəhbəri Mixal Mistşakı və “Polşa Suları” dövlət agentliyinin rəhbəri Pşemıslav Daçı vəzifələrindən azad edib.

Bu barədə Baş nazir özünün feysbuk səhifəsində məlumat verib.

“Qarşılaşdığımız vəziyyəti heç kim qabaqcadan görə bilməzdi, amma tam əminliklə demək olar ki, cavabdeh xidmətlərin reaksiyası daha tez olmalı idi. Biz bu qalmaqalın, bu nəhəng ekoloji cinayətin səbəbkarlarının tez bir zamanda tapılmasını və onların tam şəkildə cəzalandırılmasını istəyirik. Gələcək prosedurlar təkmilləşdiriləcək”-deyə, o bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər