8 C
Baku
Friday, December 13, 2024

Global Times: Avropa NATO-nun Rusiyaya qarşı təxribatlarının qurbanına çevrilib

Davam edən Ukrayna böhranı göstərir ki, Avropa NATO-nun Rusiyaya qarşı təxribatlarının qurbanına çevrilib.

Bu barədə jurnalist Syu Lyu Çin nəşri olan “Global Times” üçün yazdığı məqalədə bildirib.

Onun sözlərinə görə, Avropa Ukrayna böhranının nəticələrindən ciddi şəkildə təsirlənib: “Avropa, enerji böhranı, kəskin qiymət artımı ilə mübarizə aparmalıdır. Nəticədə əsas Avropa ölkələri tənəzzüllə üzləşir ki, bu da siyasi və sosial qeyri-sabitliyə səbəb ola bilər”.

Müəllif onu da qeyd edir ki, Avropa və ABŞ-ın Rusiyaya münasibəti fərqlidir:

“Avropa üçün Rusiya ondan uzaqlaşa bilməyəcəyi qonşudur, amma ABŞ üçün bu belə deyil. ABŞ-ın Soyuq Müharibədən bəri başqa böyük gücə sahib dövlətlə silahlı münaqişə təcrübəsi olmayıb və Vaşinqtonun hərbi nüfuzu əslində kifayət qədər məhduddur .

Heç kim şübhə etmir ki, Çin və Rusiyanın böyük əks-hücum potensialı var. Əgər Avropa Çin və Rusiyanın əsas maraqlarını pozmaq istəyən ABŞ-ın ardınca getsə, sərt şəkildə cavablandırılacaqlar. ABŞ isə Avropanın təhlükəsizliyinə zəmanət verə bilməyəcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər