16 C
Baku
Wednesday, October 30, 2024

ABŞ-da benzinin qiyməti ucuzlaşıb

Son üç həftədə ABŞ-da benzinin 1 qallonunun orta dəyəri 45 sent düşüb və indi 1 qallon üçün 4.10 dollara bərabərdir.

“Lundberg Survey” konsaltinq şirkətinin analitiki Trilbi Lunberq bazar günü bu barədə çıxış edib. Onun sözlərinə görə, benzinin ucuzlaşmasının davam etməsi onunla bağlıdır ki, xam neftin dəyəri də aşağı səviyyədə qalır.

Lundsberqin bəyanatında deyilir: “Son bir ayda benzinin 1 qallonunun qiymətinin 1 dollar düşməsi ölkə yollarında avtomobilçilərin fəallığının bərpa edilməsi üçün hələ kifayət deyil”.

Son doqquz həftədə yanacaqdoldurma stansiyalarında benzinin 1 qallonunun orta qiyməti 1 dollar düşüb, lakin bu qiymət də bir il əvvəlki ilə müqayisədə 85 sent çoxdur.

Orta keyfiyyətli benzinin ölkədə ən yüksək orta qiyməti San-Fransisko rayonunda qeydə alınıb və 1 qallon üçün 5.36 dollara bərabər olub. Ən aşağı orta qiymət Luiziana ştatının Baton-Ruj şəhərində qeydə alınıb: 1 qallon üçün 3.38 dollar. Sorğu nəticələrinə görə, son üç həftədə dizel yanacağının orta qiyməti 37 sent azalıb və 1 qallon üçün 5.17 dollara düşüb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər