Hindistanın Baş naziri Narendra Modi yaxın 25 ildə ölkəni inkişaf etmiş dövlətə çevirəcəyinə söz verib.
O, bu barədə Hindistanın müstəqilliyinin 75-ci ildönümü münasibətilə çıxışında bildirib.
“Mən gəncləri növbəti 25 ildə həyatlarını ölkənin inkişafına həsr etməyə çağırıram. Biz bütün bəşəriyyətin inkişafı üçün birlikdə çalışmalıyıq və bu, Hindistanın gücüdür”, – o vurğulayıb.