Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəis əvəzi təyin edilib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun müvafiq əmri ilə bu vəzifəyə gömrük general-mayoru Güloğlan Muradlı təyin olunub.
Qeyd edək ki, Güloğlan Muradlı Dövlət Gömrük Komitəsinin sabiq sədri Aydın Əliyevin əmri ilə Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsindən azad edilərək, müavin təyin olunmuşdu.