İyulun 15-dən avqustun 14-dək Rusiyanın Urals neftinin orta qiyməti bir ay əvvəl 84.42 dollar/barellə müqayisədə 83.06 dollar/barel təşkil edib. Sentyabrın 1-dən Rusiyadan neft ixracına görə rüsum 1 dollar azalaraq bir ton üçün 52 dollar olacaq.
Bu barədə Rusiya Maliyyə Nazirliyinin hesabatında bildirilib.
“2022-ci il iyulun 15-dən 2022-ci il avqustun 14-dək aparılan monitorinqlər dövründə Urals neftinin orta qiyməti bir barel üçün 83.06 dollar və ya bir ton üçün 606.4 dollar təşkil edib. Rusiya Maliyyə Nazirliyinin hesablamalarına görə, neftin ixrac rüsumu 2022-ci il sentyabrın 1-dən il 1.0 dollar azalaraq bir ton üçün 52.0 dollar təşkil edəcək”, – deyə hesabatda bildirilir.
Hazırda neftin ixrac rüsumu hər ton üçün 53 dollar təşkil edir.
Açıq rəngli neft məhsulları və yağlar üçün rüsum bir ton üçün 15.9 dollardan 15.6 dollara, tünd neft məhsulları üçün 53 dollardan 52 dollara enəcək. Kommersiya benzininin ixracı üçün rüsum bir ton üçün 15.9 dollardan 15.6 dollara, bir ton (nafta) isə 29.1 dollardan 28.6 dollara enəcək.
Sentyabrın 1-dən maye qaza (SPBT) rüsum 102.2 dollardan 91.6 dollara, təmiz LPG fraksiyalarına 91.9 dollardan 82.4 dollara, koksa görə bir ton üçün 3.4 dollardan 3.3 dollara enəcək.