Ukrayna Prezidenti Volodimir Zelenski ilə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.
Bu barədə Zelenski tviter səhifəsində yazıb.
“Cəbhədəki durum, Rusiyanın nüvə terroru barədə həmkarımı məlumatlandırdım. Həmçinin ərzaq təhlükəsizliyinə dair fikir mübadiləsi apardıq. Biz Rusiyaya qarşı sanksiyaları artırmalıyıq”, – Ukrayna lideri bildirib.