Böyük Britaniyanın aparıcı investisiya şirkəti Skandia imkanlı britaniyalılar arasında onların təhsil aldıqları yer mövzusunda tədqiqat apardı, məqsəd hansı təhsil müəssisəsinin gələcəyin milyonçularını yetişdirdiyini öyrənmək idi.
Beləliklə, milyonerlərin təhsil ocaqlarından biri olan London universitetində (University of London) təxminən 120.000 tələbə təhsil alır. Universitet bir çox şöbələrdən ibarətdir və tərkibində 19 kollec və 10 ixtisaslaşmış tədqiqat institutunu birləşdirir. London universitetinin məşhur məzunları arasında ABŞ-da milyardlar qazanmamışdan qabaq London universitetinin London School of Economics şöbəsində təhsil almış Corc Sorosu qeyd etmək olar.
Digər bir milyoner, yazıçı Ken Follet də bu təhsil müəssisəsinin fəlsəfə fakültəsində oxuyub. Eləcə də, The Rolling Stones-un solisti Mik Caqqeri qeyd etməliyik.


Sübut olaraq onu qeyd edə bilərik ki, bu ali məktəbin məzunlarının 8%-i Britaniya milyonçularına çevrilib. Oksfordda bir çox məşhur siyasətçilər, yazıçılar, biznesmenlər, ictimai xadimlər təhsil almışlar, onların arasında dahi mütəfəkkirlər, alimlər və iş adamları var. Aktyor Hyu Qrant isə 1979-cu ildə İngilis ədəbiyyatı üzrə təhsil almaq üçün aldığı qrant sayəsində Oksfordda oxumaq imkanı əldə etmişdir.
Bunlardan başqa, Oksfordun məzunları arasında ABŞ-ın keçmiş prezidenti Bill Klinton və milyarder Net Rotşild də var.
Sorğuda iştirak edən milyonçuların 5,5%-i məhz Kembric universitetinin (Cambridge University) divarları arasında təhsil almışdır. Bütün sərvətini “Me and my girl” müzikli sayəsində toplamış Stiven Fray də Kembricin məzunlarındandır. Bundan əlavə, məhz bu təhsil müəssisəsindən 88 Nobel mükafatı laureatı çıxmışdır.
Sorğusu alınmış milyonerlərin 4%-i vaxtilə University of Leeds-i bitiriblər. Dire Straits rok-qrupun vokalisti, gitaraçısı və mahnılarının müəllifi Mark Noplfer də bu universitetdə təhsil almışdır. Deyilənə görə, University of Leeds-də Britaniyanın ən kasıb tələbələri təhsil alır.
40.000 nəfərin təhsil aldığı Mançester Universiteti (University of Manchester) 3,5% milyoner üçün “mərhəmətli ana” (Alma mater) olmuşdur.
Sent-Endryus Universiteti Şotlandiyanın ən qocaman ali məktəblərindən hesab olunur. O, Mançester Universiteti ilə beşinci yeri bölüşür.













