Finlandiya Rusiya vətəndaşlarına turist vizalarının verilməsini azaldacaq.
Bu barədə Finlandiyanın xarici işlər naziri Pekka Haavisto bildirib.
O qeyd edib ki, Finlandiyaya iş və təhsil məqsədilə, eləcə də ailəvi səbəblərə görə səfər etmək istəyən ruslara üstünlük veriləcək.
Nazir bildirib ki, ruslar üçün vizalarla bağlı Avropa İttifaqının (Aİ) vahid mövqeyi formalaşmalıdır.
Finlandiyanın YLE nəşrinin məlumatına görə, Yunanıstan, İtaliya və İspaniya hazırda ən çox Şengen vizası verən ölkələrdir və onların verdiyi vizalar ruslara Finlandiya vasitəsilə Avropanın digər hissələrinə səyahət etmək imkanı verir.