13 C
Baku
Saturday, November 23, 2024

Kərimovanın müsadirə edilən pulları Özbəkistana qaytarılacaq

İsveçrə Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın müsadirə etdiyi pulları Özbəkistana qaytaracaq.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilir ki, Özbəkistana 131 milyon dolları veriləcək.

Kərimova 2012-ci ildə Özbəkistanın BMT-də səfiri olarkən İsveçrə hakimiyyəti onun hesabında olan 800 milyon İsveçrə frankını (təxminən 840 milyon dollar) dondurub.

İsveçrə bu pulun Özbəkistan bazarına daxil olmaq istəyən üç mobil telefon şirkətinin verdiyi rüşvət olduğunu açıqlayıb.

Qaytarılan pullar Özbəkistanın inkişafı üçün istifadə ediləcək. Bununla bağlı saziş İsveçrənin Bern şəhərində Özbəkistanın ədliyyə naziri Ruslanbek Davletov və İsveçrə Konfederasiyasının prezidenti İqnazio Kassis tərəfindən imzalanıb.

Razılaşmaya əsasən, BMT-nin 131 milyon dollarlıq fondu yaradılacaq. Bu fond pulu Özbəkistan icmasının xeyrinə istifadə etməyə imkan verəcək.

Kərimova 2017-ci ildə Özbəkistanda dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Daha sonra cəzası 5 il ev dustaqlığı ilə əvəz edilib. Kərimova 2019-cu ildə ev dustaqlığı qaydalarını pozduğuna görə həbsxanaya göndərilib.

 

 

Son xəbərlər
Digər xəbərlər