20 C
Baku
Tuesday, April 30, 2024

Gələcəyin ən çox qazanan peşələri

Bir sıra Avropa ölkələrində işsizlik üzrə statistika insanı təəccübləndirməyə bilməz. İyul ayı ərzində işsizlərin əmək qabiliyyətli əhalidə xüsusi çəkisi Ispaniyada 25,1%; Portuqaliyada 15,7%; İrlandiyada isə 14,9%-dir.

Bununla yanaşı, Avrozonada gənclər arasında işsizliyin səviyyəsi 22,6%-ə (İspaniya – 52,9%, İtaliya – 35,3%, Slovakiya – 37,8%) çatmışdır. ABŞ-da hökumət həm də əmək bazarının vəziyyətindən narahatdır. Son illərdə işsizlərin sayı böhrana qədərki səviyyədən iki dəfə çoxalıb.

Hazırda bir çox gənc öz uğurlu həyat yollarını seçmək barəsində çox fikirləşirlər. Onu bilmək lazımdır ki, yaxın gələcəkdə həmin peşələrə tələbata nə qədər uyğun olacaq. 24/7 Wall St. nəşriyyatı ABŞ-da gələcəyin (2020-ci il üçün) 10 ən zəruri və yüksək maaşlı peşələrinin siyahısını tərtib edib. Onların böyük əksəriyyəti tiblə bağlıdır.

Oftalmalogiya

– vakansiyaların artım tempi: 33,1%
– yeni yerlərin ümumi sayı: 11300
– orta illik əmək haqqı: $94 990

Oftalmoloq – göz xəstəliklərinin diaqnozu və görmə qabiliyyətinin pozulması ilə bağlı müalicə sahəsində ixtisaslaşmış həkimdir. ABŞ-da bu sahədə işləmək üçün 20 təsdiq olunmuş məktəblərdən birində həkim-oftalmoloq dərəcəsini almaq lazımdır. Oftalmologiya çox yüksək maaşlı peşədir, Amerikada artıq bugünlərdə onun maksimal maaşı $166 400-a bərabərdir. Hər il yaşlı insanların sayının artırdığını nəzərə alsaq, 2010-2020-ci illər arasında oftalmoloqlarının sayının 33,1% artacağı gözlənilir.

Reabilitasiya üzrə mütəxəssis

– vakansiyaların artım tempi: 33,5%
– yeni yerlərin ümumi sayı: 36 400
– orta illik əmək haqqı: $72 320

Reabilitasiya üzrə mütəxəssislər ciddi xəstəlikli və travma almış, ağır əməliyyat keçirmiş və ya şikəst xəstələrlə işləyirlər. Onlar xəstələrə nasazlıqlarını unutmağa, gündəlik həyatda və ya iş yerində müstəqil davramağa kömkə edirlər. Bu peşədə çalışmaq üçün magistr dərəcəsi almaq vacibdir.

Baytar

Ev hevanlarının müalicəsi ilə yanaşı, baytar həm də kənd təsərrüfatı və laboratoriya heyvanlarına necə kömək etmək lazım olduğunu bilməlidir. ABŞ-da bu sahədə fəaliyyət göstərmək üçün 28 universitetdən birində doktor dərəcəsini və ştat lisenziyasını almaq lazımdır. ABŞ-da baytarların sayının 2010-2020-ci illərdə 22 min və ya 35,9% artacağı gözlənilir.

– vakansiyaların artım tempi: 35,9%
– yeni yerlərin ümumi sayı: 22 000
– orta illik əmək haqqı: $82 040

Epidemioloqlardan başqa, tibbi mütəxəssislər

Baxmayaraq ki, tibbi mütəxəssisin öhdəlikləri iş yerinən asılı olaraq dəyişir, amma onların hamısı daxili orqanların hamısını və onların insan səhhətinə təsirini çox yaxşı bilməlidirlər. Tibbi mütəxəssislər əsasən elmi-tədqiqat institularında və ya fərdi kompaniyalarda federal hökümət üçün çalışırlar. Amerikalıların “qocalması” və dərmana olan ehtiyaclarının artması nəticəsində 2020-ci il üçün bu peşə sahiblərinin sayı 136 mini keçəcək. Maksimal maaşı $142 800 olan tibbi mütəxəssis olmaq üçün doktor dərəcəsinə sahib olmaq və ya tibb üzrə aspiranturanı qurmaq lazımdır.

– vakansiyaların artım tempi: 36,4%
– yeni yerlərin ümumi sayı: 26 400
– orta illik əmək haqqı: $76 700

Surdoloqlar

– vakansiyaların artım tempi: 36,8%
– yeni yerlərin ümumi sayı: 4 800
– orta illik əmək haqqı: $66 600

Surdoloq-həkimlər – eşitmə qabiliyyətində pozulması ilə bağlı diaqnozların təyin olunmsı və müalicəsi üzrə ixtisaslaşmış həkimlərdir. Bu peşə üzrə çalışmaq üçün ali tibbi təhsil, eləcə də ştat lisenziyası tələb olunur. Əhalinin qocalması – surdoloqların sayının çoxalmasının əsas səbəbidir. Bu onilliyin sonuna onların sayının 36,8% artcağı gözlənilir. Bugünlərdə surdoloqların maksimal illik maaşı $102 210-a çatmışdır.

Stomatoloq – gigiyenaçı

2010-2020-ci illərdə stomatoloqların sayı 37,7% artacaq. Bu sahədə yüksək artımın səbəblərindən biri əhalinin qocalması, eləcə də, stomatologiyada həyata keçirilən tədqiqataların çoxluğudur. Stomatoloq-gigiyenaçıya, bir qayda olaraq, ali tibbi təhsil və ya iş təcrübəsi tələb olunmur. Dişlərin təmizlənməsi və rentgeni – onun əsas öhdəlikləridir.

– vakansiyaların artım tempi: 37,7%
– yeni yerlərin ümumi sayı: 68 500
– orta illik əmək haqqı: $68 250

Fizioterapevtlər

Fizioterapevtlər xəstələrin hərəkət və iş qabiliyyətinin bərpa olunması və saxlanılması sahəsində ixtisaslaşmışlar. Onlar professional tibbi təhsilə eləcə də, fiziki terapiya üzrə doktor dərəcəsinə və ştat lisenziyasına malik olmalıdırlar. 2020-ci ilə qədər fizioterapevtlərin sayı 39% artacaq. Hazırda bu həkimlərin maksimal maaşı $107 920-a bərabərdir.

– vakansiyaların artım tempi: 39%
– yeni yerlərin ümumi sayı: 77 400
– orta illik əmək haqqı: $76 310

Bazar analitikləri

Analitiklər iqtisadiyyatın bir çox sahələrində işləyirlər, bazarın və satış trendlərinin proqnozlaşdırılması, eləcə də şirkətlər üçün məlumatların toplaması və analizini ilə məşğul olurlar. Bazar analtiki olmaq üçün bakalavr dərəcəsinin olması vacibdir, baxmayaraq ki, bəzilər hətta magistr dərəcəsinə də malikdirlər. 2020-ci il üçün ABŞ-da bu sahədə çalışanların sayının 400 minə çatacağı gözlənilir. Hazırda isə analitikin illik maksimal maaşı $111 440-a çatır.

– vakansiyaların artım tempi: 41,2%
– yeni yerlərin ümumi sayı: 116 600
– orta illik əmək haqqı: $60 570

Ultrasəs exoqrafiya üzrə mütəxəssis

Ultrasəs exoqrafiya üzrə tibbi mütəxəssis ultrasəs müayinəsinin və alınmış təsvilərin analizinin aparıldığı xəstəxana və digər tibbi müəssislərdə çalışırlar. ABŞ-da 2020-ci il üçün bu sahənin mütəxəssislərinin sayının 43,5% artacağı gözlənilir. Maksimal maaşı $88 490 olan ultrasəs exoqrafiyası üzrə mütəxəssis olmaq üçün tibbi təhsil sahəsində diplom və professional sertifikat tələb olunur.

– vakansiyaların artım tempi: 43,5%
– yeni yerlərin ümumi sayı: 23 400
– orta illik əmək haqqı: $64 380

Tibbi avadanlıqlar üzrə mühəndis

Tibbi avadanlıqlar üzrə mühəndislər əsasən tibbi avadanlıq, eləcə də süni orqan aparatları və rentgen-maşınların yaradılması və onlara qulluq edilməsi ilə məşğul olurlar. Bu peşə biologiya, riyaziyyat və kimya sahəsində yüksək bilik tələb edir. Elə buna görə də, uyğun ixtisas üzrə universitet bitirmək vacibdir. Tibbi avadanlıqlar üzrə mühəndislərin sayının 2020-ci ildə 61,7% artacağı gözlənilir ki, bu da müşahidə oluna biləcək ən yüksək artım tempidir.

– vakansiyaların artım tempi: 61,7%
– yeni yerlərin ümumi sayı: 9 700
– orta illik əmək haqqı: $81 540

Son xəbərlər
 ⁠
Digər xəbərlər