8.6 C
Baku
Thursday, November 28, 2024

Macarıstanda inflyasiya rekord səviyyəyə çatıb

Bütün Avropada istehlak mallarının qiymətlərinin artması rekord səviyyə çatıb. Bunun səbəbləri bir sıra makroiqtisadi iqtisadi amillərlə, ilk növbədə Ukrayna hadisələri ilə bağlıdır. Müharibə və onunla bağlı siyasi xarakterli tədbirlər enerji daşıyıcılarının qiymətlərinin artmasına rəvac verib. Sonrakı hadisələr zəncirvari inkişaf edib.

Macarıstan da bu proseslərdən kənarda qalmayıb. İyul ayında bu ölkədə inflyasiya 13.7 faizə çatıb. Bu, son 24 ildə rekord göstəricidir. Baza inflyasiyası daha yüksək – 16.7 faiz olub. Bu ilin əvvəlki aylarında bahalaşan əsasən ərzaq məhsulları olub, qarşıdakı aylarda isə enerji daşıyıcılarının dəyərinin artması inflyasiyanı daha da gücləndirəcək.

Macarıstan Mərkəzi Bankı qiymətlərin artmasına cavab tədbiri kimi bu il əsa faiz dərəcəsini 800 baza bəndindən çox artırıb. Həmin göstəricinin axırıncı dəfə keçən ay 200 baza bəndi qədər artırılıb.

Macarıstanın milli valyutası forint avro ilə müqayisədə nəzərəçarpacaq dərəcədə zəifləyir. Ukraynada hərbi əməliyyatlar başlayandan sonra yaranmış iqtisadi şoklar nəticəsində inkişaf etməkdə olan ölkələrin bazarlarında ən pis nəticələrdən biri qeydə alınıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər