Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi 113 ştat vahidi müəyyən edilsin
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 392 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.
Banker.az xəbər verir ki, fərmana əsasən, Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi 113 ştat vahidindən 163 ştat vahidinə qaldırılıb.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.