Türkiyə və İsrail qarşılıqlı olaraq yenidən səfirlər təyin edilməsinə qərar verib.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada Qırğızıstanın xarici işlər naziri Ceenbek Kulubayevlə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, yaxın zamanda bu barədə bəyanat yayılacaq və Türkiyə İsrailə təyin ediləcək səfirin adını açıqlayacaq.