13 C
Baku
Saturday, November 23, 2024

Çexiyanın qaz anbarları 80%-dən çox dolub

Çexiyanın anbarları 80%-dən çox qazla doldurulub, hakimiyyət qarşıdan gələn payız-qış mövsümündə respublika sakinlərini istiliklə təmin edəcək.

Bu barədə ölənin Baş naziri Petr Fiala mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, hökumət enerji qiymətlərinin artmasına baxmayaraq, qarşıdan gələn qış üçün vətəndaşların istilik və elektrik enerjisi ilə təmin olunması üçün lazım olan hər şeyi edəcək.

Baş nazir bildirib ki, əgər kommunal xərclər Praqada yaşayan bir ailənin aylıq gəlirinin 35 faizini, regionlarda yaşayanların 30 faizini ötərsə, hökumət artıq kommunal xərcləri kompensasiya edəcək.

Eyni qayda mənzillərdə və ya kotteclərdə tək yaşayan insanlara da aiddir.

Bundan başqa, hökumət təchizat şirkətlərinin istehlakçılar üçün müəyyən etdiyi qiymətlərə ciddi nəzarəti təmin edəcək. Qarşıdan gələn qışda, Çexiyadakı binalar, səlahiyyətlilərin əvvəllər elan edilmiş qərarına əsasən, 18 dərəcədən çox olmayan bir temperaturda qızdırılmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər