10 C
Baku
Friday, November 1, 2024

Rusiyalı turistlərin Azərbaycana tələbatı 50-100 faiz artıb

Rusiya Turizm Operatorları Assosiasiyasının (RTOA) məlumatına görə, rusiyalıların yayda Azərbaycanda mütəşəkkil şəkildə istirahət etməyə tələbatı keçən il üçün müvafiq göstəricilərlə müqayisədə 50-100 faiz artıb.

RF Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidməti İdarəsinin məlumatına görə, 2022-ci ilin birinci yarısında Rusiyadan Azərbaycana 120.981 turist səfər edib. Bu, 2021-ci ilin analoji dövrü ilə müqayisədə 70 faiz çox, lakin eyni zamanda pandemiyadan əvvəlki – 2019-cu ilin birinci yarısına aid göstəricilərdən demək olar ki, 3 dəfə azdır (həmin müddətdə Azərbaycan Rusiyadan 352.836 turist qəbul edib).

Müxtəlif turizm operatorlarında yay mövsümünün yekunlarına əsasən ayrı-ayrı istiqamətlər üzrə tələbat 2021-ci ilin göstəriciləri ilə müqayisədə 1.5-2 dəfə artıb. Turizm bazarında elə şirkətlər var ki, orada Azərbaycana tələbat hətta pandemiyadan əvvəlki dövrün göstəricilərindən də yüksək olub.

Tələbatın artması həm Rusiyadan Azərbaycana birbaşa aviareyslərin bərpa edilməsi, həm də turistlərin bir qisminin postsovet ölkələrinə marağının artması ilə bağlıdır.

“Space Travel” şirkətindən bildiriblər ki, ən azı son iki ildə Bakıya ekskursiya turlarının və qısamüddətli siti-turların sayında sabit artım müşahidə olunur. Bu il şirkətin müştərilərinin tələbatı 50 faiz artıb. Şirkətdə bu məlumatı dəqiqləşdirərək deyiblər: “Yayın əvvəlində Bakıda keçirilmiş Formula 1 yarışları mərhələsində Azərbaycana tələbatın kəskin artması qeydə alınıb”.

“PEGAS Touristik” şirkətində yay mövsümümün yekunlarına əsasən Azərbaycan istiqamətində səfərlərin sayının ən azı iki dəfə artması qeydə alınıb. Bu tur-operator Azərbaycan otellərinin bir neçəsi ilə sərfəli kontraktlar bağlayıb.

“Coral Travel” şirkətinin daxili turizm bölməsinin satış üzrə rəhbəri Larisa Kiselyovanın sözlərinə görə, yay mövsümündə Azərbaycana qastronomik və ekskursiya turları daha populyar olub. Turistlər ya mütəşəkkil proqramlar seçir, ya da ölkəmizi müstəqil şəkildə gəzib baxmaq üçün Bakıda otelləri bronlayırlar.

“PEGAS Touristik” şirkətinin müştəriləri əsasən Bakı otellərini seçirlər, çünki burada həm xidmətlərə, həm də 4 və 5 ulduzlu keyfiyyətli otellər üçün paket turlarına tələbat yüksəkdir.

“Space Travel” şirkətində isə yay mövsümündə tələbat Xəzərin əsasən 5 ulduz kateqoriyalı çimərlik və otellərinin xeyrinə dəyişib.

“PAC Group” və “Russkiy Ekspress” şirkətlərinin məlumatına görə, onların müştəriləri çimərlik, ekskursiya və qastronomik istirahətlə yanaşı, həm də sağlamlaşdırıcı, o cümlədən populyar Naftalan kurortunda dincəlmək variantını seçir, yüksək kateqoriyalı otellərə üstünlük verirlər.

“Russkiy Ekspress” şirkətlərində deyiblər: “Azərbaycanda bronlanan otellərin 80 faizdən çoxu 5 ulduzlu otellərin payına düşür”.

“PAC Group” şirkətində isə hesab edirlər ki, indi Azərbaycana uçmağın əsil vaxtıdır. Ölkədə muzeylərə biletlər, kafelərdə xidmət çox ucuzdur, yaxşı 5 ulduzlu otellər var.

Tur-operatorlar Azərbaycan istiqamətində payız-qış mövsümündən də yaxşı nəticələr gözləyir və hesab edirlər ki, Azərbaycanın qış kurortlarına tələbat artacaqdır. Sorğuda iştirak etmiş şirkətlərin hamısı turistlər üçün dağ-xizək marşrutları ilə bağlı təkliflər hazırlayır.

Azərbaycanın dağ-xizək kurortları bilavasitə traslarda yerləşən keyfiyyətli otellərlə fərqlənir. Bu kurortların əksəriyyəti yüksək dağlıq zonada yerləşir və bu fakt tamdəyərli qış istirahətinin rəhni ola bilər. Ekspertlər bildirilər ki, bu traslar həm təcrübəli, həm də yeni başlayan dağ xizəkçiləri üçün, eləcə də uşaqlı ailələrin istirahəti üçün münasibdir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər