Rusiyanın qırıcı təyyarələrinin Finlandiyanın hava məkanını pozduğu iddia olunur.
Bu barədə Finlandiya Müdafiə Nazirliyindən xəbər verilib.
Məlumata görə, 2 MiQ-31 qırıcı təyyarəsi Finlandiya körfəzindəki Porvoo sahil şəhəri yaxınlığında hava məkanını pozublar.
Rabitə rəhbəri Kristian Vakkuri “Röyters”ə bildirib ki, təyyarə 2 dəqiqə ərzində Finlandiya hava məkanında olub.