1 C
Baku
Saturday, December 14, 2024

Əfqanıstan Rusiya neftinin pulunu kişmişlə ödəyəcək

Əfqanıstan neft məhsullarının barter sxemi ilə alınması imkanlarını nəzərdən keçirir. Bunun müqabilində ölkə Rusiyaya minerallar, kişmiş və dərman preparatları üçün xammal ixrac edəcək. Bunu Əfqanıstanın Sənaye və Ticarət Nazirliyinin rəhbəri Nuriddin Əzizi deyib.

“Bizim prioritetimiz Rusiya mallarını barter əsasında idxal etməkdir. Əgər bu sxem üzrə əməliyyatlar uğursuz olarsa, maliyyə əməliyyatlarından istifadə edə bilərik. Əfqanıstana gəlincə, bu cür xammal tədarükünə ABŞ və Avropa İttifaqı (Aİ) tərəfindən heç bir məhdudiyyət yoxdur”, – deyə nazir söyləyib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Onun sözlərinə görə, Kabil 2022-ci ilin sonuna qədər təxminən 1 milyon ton benzin və 1 milyon ton dizel yanacağın tədarükü barədə Moskva ilə razılaşmaq istəyib.

Əfqanıstan Sənaye və Ticarət Nazirliyinin nümayəndə heyəti avqustun 14-dən Moskvadadır. Taliban hökumətinin göndərdiyi biznes missiyası avqustun 14-ü bazar günü Moskvaya gəlib, paytaxtda bir sıra görüşlər keçirib, daha sonra Kazana gedib.

Son xəbərlər
Digər xəbərlər