14 C
Baku
Saturday, November 23, 2024

Litva Aİ-ni rusiyalılara verilmiş turist vizalarını ləğv etməyə çağırıb

Avropa İttifaqı ölkələri vaxtilə Rusiya vətəndaşlarına verilmiş uzunmüddətli turistik şengen vizalarını yubanmadan ləğv etməlidir.

Litvanın xarici işlər naziri Qabrielus Landsbergis bu fikri Politico nəşrində dərc olunmuş şərhində bildirib.

“Biz vizanı daha effektiv qadağan etmək üçün ümumi səmərəli həll yolları tapmalıyıq. İndiki məqamdan başlayaraq, Rusiya və Belarusdan olan turistlərə aydın surətdə “yox” demək lazımdır… Bunun əvəzində, Avropaya tətilə gələnlər deyil, sığınacaq lazım olanlar qəbul edilməlidir”, – deyə o vurğulayıb. Nazir əvvəllər verilmiş uzunmüddətli vizaları azı Rusiyanın Ukraynaya qarşı müharibəni davam etdirdiyı müddətdə ləğv etmək təklifini irəli sürüb.

Diplomat, həmçinin hesab edir ki, bu məsələ hazırda viza verən Aİ ölkələri ilə onu dayandıranlar arasında parçalanmaya səbəb ola bilər.

 

 

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər