“Finoko” BOKT 2022-ci ilin 1-ci yarımilliyini 186 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə BOKT-un mənfəəti 419 min manat olub ki, bu da illik müqayisədə 2.3 dəfə azalma deməkdir.
Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.
Yanvar-iyun aylarında “Finoko” BOKT-un cəmi gəlirləri 3 milyon 223 min manat, cəmi xərcləri 3 milyon 36 min manat təşkil edib.
Cari ilin iyul ayının 1-nə BOKT-un cəmi aktivləri 35 milyon 297 min manat olub. Bunun 21 milyon 607 min manatı müştərilərə verilmiş kreditlərdir.
“Finoko” BOKT-un cəmi kapitalı 7 milyon 912 min manat, cəmi öhdəlikləri is 27 milyon 386 min manat olub.