10 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycanda ərzaqlıq buğda istehsalı üzrə builki hədəfə sentyabrda nail olunacaq”

Sentyabrın ortalarına Azərbayabda ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi üzrə bu il üçün proqnozlaşdırılan hədəfə nail olunacaq.

Bu barədə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərmanın icrası ilə bağlı görülən işlərdən danışarkən bildirib.

“Həmçinin, ərzaqlıq buğda əkinlərinə böyük təsərrüfatların cəlbinə də nail olacağıq. Müraciətlərin həcmi göstərir ki, hədəfin üzərində bir rəqəmlə bu il ərzaqlıq buğda əkini proqramında iştirak edən təsərrüfatlar olacaq. Həcm proqnozlaşdırılmış rəqəmdən üstün olacaq”, – V. Hüseynov deyib.

KTN rəsmisi qeyd edib ki, fərmanda əsas üç hədəf var: “Birincisi, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsininin yüksəldilməsi, ikincisi isuvarma sistemlərinin tətbiqi, üçüncü isə fermerlərin gəlirlərinin artırılmasıdır”.

Onun sözlərinə görə, iqlim dəyişikliyi, qlobal istiləşmə və bunların təsirləri nəticəsində suvarma ilə bağlı xüsusilə də quraqlıq məsələlər ilə bağlı ciddi risklər var: “Amma müasir suvarma sistemləri quraşdırılmış sahələrdə risk aradan qaldırılır. Ona görə Azərbaycanda əkin sahələrində müasir suvarma sistemlərinin tətbiqi imkanları genişləndirilməlidir”.

V. Hüseynov bildirib ki, ilkin mərhələdə Kənd Təsərrüfatı Nazirliyi ilə bağlanacaq müqaviləyə əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürmüş şəxslər tərəfindən istehsal olunan və Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına (tədarükçülərə) təhvil verilən ərzaqlıq buğdaya 2023-cü ildən başlayaraq 5 il müddətində məhsul subsidiyası tətbiq ediləcək:

“Artıq böyük təsərrüfatların rəhbərləri ilə silsilə görüşlər keçirib. Bu görüşlərdə fermerlərə fərmandan irəli gələn vəzifələr, hədəf qoyulan məqsədlərə nail olmaq üçün icra mexanizmləri, əsasən də kredit və zəmanət mexanizmləri ilə bağlı zəruri məlumatlar verilib”.

V. Hüseynov Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciət etdiyini bildirib. Müraciətə əsasən, mövcud tələblərə uyğun olan, yəni mülkiyyətində olan torpaq sahəsi 50 hektardan çox olan sahələrdə müasir suvarma sistemləri qurmuş, əraziləri vahid massivdə yerləşən, istehsal etdiyi ərzaqlıq buğdanı dövlət tədürükü qiymətinə Dövlət Ehtiyatlar Agentliyinə və un dəyirmanlarına təhvil vermək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyini ilə müqavilə imzalama üçün müraciət etməlidirlər.

“Müqavilə imzalamış fermerlər artıq fərmanın icra mexanizminin iştirakçısı olacaqlar və onlar digər fermerlərdən fərqli olaraq əkin subsidiyası ilə yanaşı məhsul subsidiyası alacaqlar. Əkin subsidiyası taxıl əkilmiş sahələrin miqyasına, hektara görə verilir. Fermerlər əkin subsidiyası ilə yanaşı dövlətə təhvil verdikləri ərzaqlıq buğdanın tonuna görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Nəticə etibarilə, taxıl əkinlərinin, ərzaqlıq buğda əkinlərinin stimullaşdırılması, fermerlər və böyük təsərrüfat sahibləri tərəfindən maraqla qarşılanıb. Hesab edirik ki, fərmanın icrasının proqnozlaşdırılan həcmdə həyata keçilməsi nəzərdə tutulan əsas hədəfə, yəni ölkənin ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsinə müsbət təsir göstərəcək.

Fermerlər həm dövlətin dəstək mexanizmlərindən yararlanacaqlar, həm ərzaqlıq buğdaya görə daha çox gəlir əldə edəcəklər. Fermerlər dövlətin ərzaq təhlükəsizliyi proqramının bilavəsitə iştirakçısına çevriləcəklər, müasir suvarma sistemlərinin sahələrdə quraşdırılması onlara imkan verəcək ki, bir il ərzində 2-3 dəfə məhsul istehsal etsinlər. Söhbət həm növbəli, həm də təkrar əkinlərdən gedir

Bu baxımdan üç əsas hədəfi olan bu proqram qarşıda duran vəzifələri, ən əsası da ərzaqlıq buğda ilə bağlı özünütəminat səviyyəsinin yüksəldilməsi ilə bağlı məsələni həll etmiş olacaq. Bununla bağlı, Kənd Təsərrüfatı Nazirliyi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində müvafiq dataları götürərək, fərdi şəkildə hər kəslə 50 hektardan yuxarı sahəsi olan taxıl və buğda əkən fermerlərə fərdi şəkildə müzakirələri davam etdirir. Onlar beş il ərzində mütləq şəkildə bizim proqramın əsas iştirakçısı olmaq potensialına malikdilər. Fermerlərə müasir suvarma sistemlərinin quraşdırılması ilə bağlı və bu proqramda iştirakla bağlı tövsiyyələr verilir”.

V.Hüseynov əlavə edib ki, müasir suvrama sistemlərinin quraşdırılması üçün kredit və zəmanət mexanizmləri tətbiq olunacaq: “Məsələn, femerin 50 hektar sahəsi var, vahid massivdə yerləşir, amma müasir suvarma sistemi yoxdur. Lakin ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsi mexanizmində iştirak etmək istəyir.

Suvarma sistemlərinin dəyərinin 40 %-i dövlət tərəfindən ödənilir. Fermer bu vəsait hesabına 20 %-lik ilkin ödənişi etməklə suvarma sistemlərini qurmuş olur, çünki suvarma sisteminin məbləği böyük olduğuna görə öz hesabına bunu etmək mümükün olmur.

Suvarma sistemlərini quraşdırdıqdan sonra fermerlər növbəti 5 il ərzində 40 %-lik dövlət vəsaitini faizsiz qaytarılmasını həyata keçirə bilirlər. Nəzərdə tutulan məhsul subsidiyası fermerin suvarma sistemlərinin quraşdırılmasına çəkdiyi xərcləri qısa müddət ərzində 30-36 ay (3 il) ərzində tam şəkildə ödənilməsini nəzərdə tutur. Beləliklə dövlət dəstəyi mexanizmləri hesabına fermerlər artıq 3 ildən sonra tam şəkildə ən müasir suvarma sistemləri əldə etmiş olurlar”.

 

 

 

Son xəbərlər
Digər xəbərlər