Rusiya Prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) missiyasının Ukrayna ərazisindən keçməklə Zaporojye AES-ə gəlməsi ilə bağlı razılığa gəlib.
Bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
İki ölkə liderləri, həmçinin iyulun 22-də İstanbulda Ukrayna taxılının ixracı üzrə bağlanmış sazişi müzakirə ediblər.
Xatırladaq ki, bundan əvvəl Makronla Putin arasında son üç ayda ilk telefon danışığı olub.