13 C
Baku
Sunday, November 24, 2024

“ABŞ və Aİ-nin nüvə razılaşmasına İrandan çox ehtiyacı var”

Nüvə müzakirələrində qalan məsələlər nisbətən kiçik olsa da, mühüm məsələlərdir. Bununla bağlı qərar qəbul edilməli və razılaşdırılmalıdır.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bu gün keçirdiyi mətbuat konfransında İranın Avropa İttifaqının nüvə proqramı ilə bağlı təklifinə verdiyi cavaba toxunaraq deyib.

O bildirib ki, qarşı tərəfdən, xüsusilə amerikalılardan Avropa İttifaqının tərəfinin bu təklifinə heç bir cavab verilməyib. “Avropa İttifaqının Amerika tərəfdən cavab aldığını bildirdikdə danışıqların məhsuldarlığından danışa bilərik. Əgər İrana razılaşma lazımdırsa, Avropa və ABŞ tərəfinin bu razılaşmaya İrandan daha çox ehtiyacı var. Amerikanın cavabı gecikdirməsi və Avropa tərəfinin hərəkətsizliyi İranı dayandırmayacaq. Razılaşmaya ehtiyac varsa, daha çox danışıqlar aparmalı olan Amerika və Avropa tərəfləridir”.

N.Kənani İran və ABŞ arasında məhbus mübadiləsi haqqında danışıb və bildirib ki, Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindən kənar ABŞ ilə məhbus mübadiləsi məsələsini müzakirələr aparılıb. “Məhbus mübadiləsini həyata keçirmək mümkün idi. Qarşı tərəf hərəkətsizlik nümayiş etdirdi və sadəcə mediada şərhlər verməklə kifayətləndi”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər