Azərbaycanda bank əməkdaşlarının sayı 13%-dən çox artıb

31 iyul 2022-ci il tarixinə olan statistikaya əsasən, Azərbaycanda bank sektorunda çalışanların sayı 21 729 nəfərdir. Bu da illik müqayisədə 2 560 nəfər və ya 13.4% artım deməkdir.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ilin iyul ayında 203 nəfər bank sektorunda işə başlayıb.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər