3 C
Baku
Saturday, December 14, 2024

Avropada qazın qiyməti 4000 dollara qədər qalxa bilər

Avropada qazın qiyməti sentyabrın birinci yarısında 1000 kubmetr üçün 4000 dollara çata bilər.

Bu barədə “İzvestiya”ya müsahibə verən ekspertlər bildirib.

Avqustun 18-dən mavi yanacağın qiyməti 2400 dolları, 22-də isə Avropa İttifaqında (Aİ) birjada 1000 kubmetr üçün 3 min dolları ötüb.

Müqayisə üçün bildirək ki, ötən ilin avqustunda qiymət 500 dollara başa gəlib.

“Avropada qazın bahalaşmasının əsas səbəbi Rusiyadan tədarükün azalması və yanacağa tələbatın artmasıdır. Nəzərə alsaq ki, qarşıda istilik mövsümüdür və yeraltı qaz anbarları yetərincə doldurulmur, qiymətlərin daha da artımını gözləmək olar. Belə bir vəziyyətdə, 4000 dollarlıq qiymət sentyabrın ilk həftələrində mümkündür”,- deyə BitRiver-in xarici əlaqələr direktoru Andrey Loboda İzvestiyaya bildirib.

Qəzet yazıb ki, Aİ ölkələrində yeraltı qaz anbarlarının orta doluluq səviyyəsi təxminən 77% təşkil edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər