14 C
Baku
Saturday, November 23, 2024

Ukraynadakı müharibə Macarıstan-Polşa müttəfiqliyini sarsıdır

Polşa və Macarıstanın baş nazirləri Mateuş Moravetski və Viktor Orban arasında fikir ayrılıqları yaranıb. Buna səbəb Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatlar olub.

Bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

Jurnalist Amanda Koaklinin məqaləsində iki ölkə liderlərinin Ukrayna məsələsində əks mövqelərindən bəhs edilib.

“Mərkəzi Avropada Macarıstan və Polşa arasında qeyri-liberal müttəfiqlik Rusiyanın müharibə əməliyyatına fərqli yanaşma səbəbindən sona çatır”, – deyə Koakli yazıb.

O vurğulayıb ki, Varşava Ukraynanın əsas müttəfiqlərindən biridir və Moskvaya qarşı sanksiyaların artırılmasının tərəfdarıdır. Budapeşt isə ciddi məhdudlaşdırıcı tədbirlərdən yayınır və Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərin saxlanmasını üstün tutur.

Koaklinin fikrincə, Budapeşt və Varşava arasında fikir ayrılıqları və pisləşən münasibətlər Aİ qaydalarını ciddi qəbul etməyən ölkələrə mənfi təsir göstərə bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər