Avropa İttifaqı ölkələri yeraltı qaz anbarlarını orta hesabla 77.42% doldurublar.
Bu barədə “Gas Infrastructure Europe” Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) açıqlamasında deyilir.
Qeyd olunur ki, sutka ərzində qaz anbarlarında doldurulma tempi 0.43 faiz bəndi təşkil edib
Xatırladaq ki, bu il isə Aİ ölkələri 2022-2023-cü illərin qışına qədər yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.