İlon Mask “Neuralink” adlı startapının təqdimatını keçirəcək. Startap implant neyrokompüter interfeyslərin yaradılmasını nəzərdə tutur.
Tədbir oktyabrın 31-də baş tutacaq.
Mask tədbir haqqında ətraflı məlumat verməsə də, şirkətin beyin çipləri sahəsində işlərini nəzərə alaraq tədbirdə bu sahədə əldə edilmiş yeni nailiyyətlərin nümayiş olunacağı güman edilir.