13 C
Baku
Friday, November 22, 2024

Avropa Komissiyası quraqlığın enerji istehsalına təsirini qiymətləndirib

Bu il yer alan quraqlıq Avropada su elektrik stansiyaları tərəfindən elektrik enerjisinin istehsalına ciddi təsir göstərib.

Bu barədə Avropa Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin hesabatında deyilir.

“Yağışların kəskin defisiti bütün Avropa üzrə çay axınlarına təsir göstərib”, – hesabatda bildirilir.

Hesabata əsasən, yağışların ciddi defisiti enerji sektoruna böyük təsir göstərib. Qeyd olunan faktor həm su vasitəsi ilə alınan elektrik enerjisinin istehsalına, həmdə digər elektrik stansiyalarının soyutma sistemlərinə ciddi təsir edib.

Qeyd edək ki, Avropanın yarısı bu yay quraqlıq və meşə yanğınlarından əziyyət çəkir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər