15 C
Baku
Sunday, November 24, 2024

Almaniyada karantin sərtləşdirilir

Almaniya hakimiyyəti yenidən koronavirusa pandemiyası səbəbindən karantin qaydalarını sərtləşdirmək niyyətindədir.

Oktyabrın 1-dən bütün ölkə üzrə uzun məsafəli təyyarə və qatarların sərnişinlərindən qoruyucu maska ​​taxmaq tələb olunacaq.

Məlumata görə, tibb müəssisələrində təkcə maskalar yox, həm də peyvənd sertifikatı tələb olunacaq.

Federal Səhiyyə Nazirliyi qeyd edib ki, əyalət hökumətləri öz mülahizələrinə əsasən, yerlərdəki vəziyyətdən asılı olaraq əlavə tələblər tətbiq edə bilər – məsələn, bələdiyyə nəqliyyatında və restoranlarda maskalar, ictimai tədbirlərdə sosial məsafənin qaytarılması.

Qeyd edək ki, Almaniyada bir neçə həftə əvvəl əsasən yaşlılar arasında koronavirusdan ölüm hallarında yeni artım qeydə alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər