İqtisadiyyat Nazirliyi yanında Dövlət Verg Xidməti “Payonix” MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
Banker.az xəbər verir ki, BOKT-un nizamnamə kapitalı 300 min manat, qanuni təmsilçisi isə Anar Akif oğlu Fətəliyevdir.
Müşahidə Şurasının üzvləri Bağırov Elçin Hüseyn oğlu, Eyvazova Qumru Kərim qızı, Bağırov Fuad Elçin oğludur.
Yeni BOKT-un hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi, ev 133A, mənzil 23-dür.