“Lay’s” şirkəti yerli tendensiyaya uyğun olaraq barmaqları təmizləmək üçün nəzərdə tutulmuş xüsusi yuyucu maşın buraxıb. Qeyd olunur ki, ölçüsünə görə cihaz olduqca miniatürdür: 15*11 sm. Eyni zamanda, görünüşcə bu maşın paltaryuyandan demək olar ki, fərqlənmir.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Cihaz aşağıdakı kimi işləyir: istifadəçi barmaqlarını barabana qoymalıdır, bundan sonra sensor işə düşür və barmaqlara spirt əsaslı antiseptik səpilir. Beləliklə, əllər təmizlənir və çip yedikdən sonra qala biləcək yağlar gedir.
Müəllifin vurğuladığı kimi, hazırda cəmi beş ədəd barmaqyuyan istehsal olunub. Və onların hamısı yazlnız Yaponiyada oynanılacaq.