Ukrayna məhkəməsi ölkənin keçmiş prezidenti Viktor Yanukoviçin oğlu Aleksandr Yanukoviçin Ukrayna kəşfiyyatının ehtiyacları üçün 8 milyon dollardan çox vəsaitin müsadirə edilməsi barədə qərar qəbul edib.
Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, Baş Prokurorluq keçmiş prezident Viktor Yanukoviçin oğlunun əmlakının məcburi müsadirəsinə qərar verib. Bu çərçivədə Ümumkrayna İnkişaf Bankı İctimai Səhmdar Cəmiyyətinin 304 milyon qriven (8 milyon dollardan çox – Red) məbləğində vəsaiti müsadirə edilib.
Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov vurğulayıb ki, vəsait agentliyin səmərəliliyini artıracaq və texniki avadanlıqların alınmasına sərf olunacaq.