“Twitter” sosial şəbəkəyə yeni “Spaces” bölməsini əlavə edib. Orada müxtəlif mövzularda podkastlar olacaq. Qeyd olunur ki, yenilik həm iOS, həm Android üçün əlçatandır. Podkastı dinlədikdən sonra ona “like” və ya “dislike” qoymaq mümkün olacaq.
Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.
Xatırladaq ki, 2021-ci ildə Mark Çukerberq “Facebook”da podkast, audioformat və digər səs funksiyalarını işə salacağını açıqlayıb. Rəsmi olaraq podkastlar iyunda aktivləşib, 2022-ci ilin mayında isə sosial şəbəkə onları bağlayıb.