6 C
Baku
Sunday, December 15, 2024

“Haaqa qazla bağlı Rusiyaya qarşı sanksiyaların müvəqqəti ləğvini xahiş edəcək”

Niderlandın Haaqa şəhəri Avropa İttifaqından Rusiyaya qarşı sanksiyaları müvəqqəti olaraq ləğv etməyi xahiş edəcək. Problem ondadır ki, şəhər rəhbərliyi başqa qaz təchizatçısı tapa bilmir.

Bu barədə “Reuters” məlumat yayıb.

Qeyd olunub ki, Haaqa bələdiyyəsi qazın tədarükü üçün “Qazprom”la uzunmüddətli müqavilə imzalayıb. Lakin Avropa İttifaqının sanksiyaları hökumətlərdən və digər dövlət qurumlarından oktyabrın 10-dək Rusiya şirkətləri ilə müqavilələrə xitam verməyi tələb edir.

Haaqa iyun və iyul aylarında ümumavropa tenderini keçirsə də, potensial təchizatçı tapa bilməyib.

“Biz təchizat təhlükəsizliyini təmin etmək və danışıqları asanlaşdırmaq üçün 2023-cü il yanvarın 1-dək mövcud müqaviləmizdən istisna tələb edəcəyik”-, şəhər rəhbərliyinin müraciətində deyilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər