“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və rəqəmsal bankçılıq üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib.
Banker.az xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Məlumata görə, iclasda elektron ticarət əməliyyatlarına tətbiq edilən vergilər, ölkədə formalaşdırılmış POS terminal infrastrukturunun istifadə aktivliyinin artırılmasına dair bankların təklifləri, Azərbaycan Mərkəzi Bankının operatoru olduğu Banklararası Kart Mərkəzi ödəniş sisteminin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətləri və digər bir sıra cari məsələlər müzakirə edilib.
ABA-nın 1990-cı ildə kommersiya bankları təsis edib. Əsas məqsəd üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 26 bank və 5 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.