İlin sonuna qədər Avropa İttifaqı (Aİ) Şurasına sədrlik edən Çexiya, enerji vəziyyətinin həlli üçün tədbirləri müzakirə etmək məqsədilə Aİ enerji nazirlərinin təcili iclasını çağırıb.
Bu barədə Çexiyanın Baş naziri Petr Fiala “Twitter“ hesabında paylaşım edib.
“Çexiya energetika ilə bağlı vəziyyətin həllində konkret fövqəladə tədbirləri müzakirə etmək üçün energetika nazirlərinin təcili iclasını çağıracaq”, – paylaşımda deyilir.
Qeyd edək ki, iclasın keçiriləcəyi tarix dəqiqləşdirilməyib.