Çexiya parlamentinin aşağı palatası olan Deputatlar Palatası İsveç və Finlandiyanın NATO-ya daxil olmasına razılıq verib.
Bu barədə parlamentin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, İsveçin üzvlüyünün lehinə 151 deputatdan 135-i, Finlandiyanın lehinə isə 152 deputatdan 134-ü səs verib. Bir müddət əvvəl Çexiya Senatı bu addımı dəstəkləmişdi.
Bundan sonra ölkə prezidenti Miloş Zemanın bu sənədləri imzalaması gözlənilir. İsveç və Finlandiyanın NATO-ya üzv olmaları üçün alyansın bütün üzvləri bu qərarı təsdiqləməlidir.
Qeyd edək ki, NATO-nun genişlənməsi məsələsi ilə yanaşı, digər sosial-iqtisadi məsələlərin müzakirə olunduğu Deputatlar Palatasının iclası şənbə günü səhər saatlarınadək davam edib.