Yunanıstan S-300 hava hücumundan müdafiə sistemlərindən Türkiyə Hərbi Hava Qüvvələri komandanlığının F-16 qırıcılarını Egey və Aralıq dənizlərinin beynəlxalq hava məkanında təqib etmək üçün istifadə edib.
Bu barədə “CNN Türk” telekanalı Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
Zenit-raket sistemləri tərəfindən təqibin necə həyata keçirildiyi açıqlanmır.
Telekanal qeyd edir ki, hadisə müttəfiqlik ruhuna uyğun gəlmir. Bu “düşmən hərəkətinə” baxmayaraq, döyüşçülər planlı tapşırıqlarını yerinə yetirib və sağ-salamat öz bazalarına qayıdıblar.