Latviya Belarusla sərhəd əməkdaşlığını dayandırır

Latviya Belarusla sərhəd əməkdaşlığına dair sazişin qüvvəsini müvəqqəti dayandırmağa hazırlaşır.

Bu, Belarusun Ukraynada müharibədə Rusiyaya dəstək verməsi ilə əlaqədardır.

Transsərhəd əməkdaşlığını nəzərdə tutan saziş 1998-ci ildə imzalanıb və hər 5 ildən bir avtomatik uzadılır. Latviya birtərəfli qaydada sazişin qüvvəsini müvəqqəti dayandırmağı planlaşdırır.

 

 

MənbəApa.az
Son xəbərlər
Digər xəbərlər