18 C
Baku
Wednesday, May 15, 2024

İstehlaka yararsız 4 tondan artıq məhsul məhv edildi

“AZ FP CO LTD” MMC-nin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, 16 adda müxtəlif növ süd məhsullarının xammal və qatqıları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, məhv edilmiş məhsulların ümumi çəkisi 4 383.46 kq olub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər