Bu gün Azərbaycanla Özbəkistan arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Yol Xəritəsi imzalanıb.
Banker.az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov öz rəsmi Twitter səhifəsində yazıb.
Nazir qeyd edib ki, Yol Xəritəsi iki ölkə arasında münasibətlərin tamamilə yeni səviyyədə inkişaf kursu çərçivəsində imzalanıb. “Azad edilmiş ərazilər, yaşıl enerji çoxşaxəli əməkdaşlığımızda prioritet istiqamətlərdir” – deyə nazir əlavə edib.