“AzFinance İnvestisiya Şirkəti” QSC 2022-ci ilin ilk 6 ayında 620 min manat xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə şirkətin mənfəəti 146 min manat olub.
Banker.az bu barədə investisiya şirkətinin yarımillik maliyyə hesabatında deyilir.
“AzFinance”nin cəmi investisiya xidməti üzrə gəliri 1 milyon 503 min manat (2021: 782 min manat), əməkhaqqı və sosial xərcləri 514 min manat (351 min manat), digər gəlirləri 24 min manat ( 14 min manat) olub.
İnvestisiya şirkətinin aktivləri 7 mln. 147 min manatdır. Bu da aktivlərin 3 dəfə artması deməkdir. “AzFinance İnvestisiya Şirkəti”nin öhdəliklərinin həcmi 3 mln. 587 min manata yüksəlib, əvvəlki il 50 min manat olub. Şirkətin kapitalı 2 milyon 385 min manatdan 3 milyon 560 min manata çatıb.