İran və İraq sərhədləri yenidən açılıb.
Ötən gün İraqda baş verən hadisələrin fonunda İranın İraqla Çəzabə, Mehran və Şələmçə sərhəd-keçid məntəqələri bağlanmışdı.
İranın Kirmanşah valisi və hüquq-mühafizə orqanlarının rəsmilərinin açıqlamasına görə, İraqda baş verən iğtişaşlar səbəbindən dünən axşamdan etibarən bağlanan Xosrəvi və Şələmçe sərhəd-keçid məntəqələri yenidən açılıb.
Həmçinin bildirilir ki, İraqda vəziyyət normallaşdıqdan sonra Mehran və Çazaba sərhəd məntəqələri də ziyarətçilərin üzünə açılıb.